Cennifer Lourensə mükafat veriləcək

Cennifer Lourensə mükafat veriləcək
26 avqust 2025
# 17:10

Məşhur amerikalı aktrisa Cennifer Lourens bu ilki "San Sebastian" Film Festivalında karyerası boyunca göstərdiyi uğurlarına görə fəxri "Donostia" mükafatı ilə təltif olunacaq.

Kulis.az xəbər verir ki, aktrisa mükafatı qəbul etmək üçün İspaniyadakı festivalda iştirak edəcək.

Aktyorun son filmi - rejissoru Linne Remsi olan və Robert Pattinson ilə birgə çəkildiyi ekran əsəri “Die My Love” mərasimdən sonra festivalda nümayiş olunacaq.

Qeyd edək ki, ABŞ-ın kənd yerlərində çəkilmiş "Die My Love" filmi sevgi və dəliliyin içində boğulan bir qadının portretidir.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər