Cem Karacanı o canlandıracaq

Cem Karacanı o canlandıracaq
3 iyul 2023
# 11:00

Türkiyəli aktyor İsmail Hacıoğlu Anadolu rok musiqisinin unudulmaz sənətçisi Cem Karacanın həyatından bəhs edən filmdə baş rolu oynamağa hazırlaşır.

Kulis.az xəbər verir ki, kastinqləri hələ də davam edən filmin rejissoru Yüksel Aksudur.

Layihə Fikri Fikir Poksiyon və Aytaç Media tərəfindən həyata keçiriləcək.

Birsen Altuntaşın xəbərinə görə, İsmail Hacıoğlu bir müddətdir film üçün müntəzəm musiqi təhsili alır.

Filmin baş rolu üçün ilk başda Haluk Leventin adı hallandırılsa da, sonda tərəflər razılığa gələ bilməyib.

Cem Karaca filminde başrol İsmail Hacıoğlu'nun - 1

# 858 dəfə oxunub

Müəllifin son yazıları

# # #