Cəfər Cabbarlının “Almaz” pyesi əsasında serial çəkildi

Cəfər Cabbarlının “Almaz” pyesi əsasında serial çəkildi
19 yanvar 2024
# 14:53

Görkəmli yazıçı-dramaturqumuz Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında serial çəkilib.

Kulis.az xəbər verir ki, çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində və Şamaxıda aparılıb.

Serialın əsas qəhrəmanı Almazdır. O, şəhərdən ucqar kənd məktəbinə təyinat alır. Kəndə gələn Almaz dərs dediyi məktəbdəki qanunsuzluqlarla, özbaşınalıqlarla və qadın hüquqları uğrunda mübarizə aparır.

Filmin prodüseri Sevinc Əliyeva, rejissoru Elvin Rüstəmzadə, opetatory Vasif Vləizadə, əsas rolların ifaçıları: Günəş Mehdizadə, Qurban İsmayılov, Şamil Süleymanlı, Şövqi Hüseynovdur.

SNF şirkətinin istehsalı olan 12 seriyalı “Vətəndaş “A”” İctimai televiziyada nümayiş olunacaq.

# 769 dəfə oxunub

Müəllifin son yazıları

# # #