Caz dünyası daha bir nəhəngini itirdi

Caz dünyası daha bir nəhəngini itirdi
17 mart 2023
# 09:50

Cənubi Afrikalı məşhur caz müğənnisi Qloriya Bosman vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Yaxınlarının verdiyi məlumata görə, Bosman qısamüddətli xəstəlikdən sonra ailəsi ilə birlikdə qaldığı evdə dünyasını dəyişib.

"Qloriya həyatını təkcə ailəsinə deyil, həm də musiqiyə həsr etmişdi. Cənubi Afrikada və ondan kənarda çoxları tərəfindən sevilirdi", - deyə müğənninin qohumları qeyd edib.

Cənubi Afrikanın hakim partiyası olan Afrika Milli Konqresinin nümayəndələri də sənətçinin xatirəsini ehtiramla yad edərək, onsuz yerli musiqinin kasıblayacağını bildiriblər.

Jazz great Gloria Bosman has died

# 930 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #