Çarli Uotsun kitab kolleksiyası hərraca çıxarılacaq

Çarli Uotsun kitab kolleksiyası hərraca çıxarılacaq
10 iyul 2023
# 12:20

"Rolling Stones"un təbilçisi Çarli Uotsun kitab kolleksiyası hərracda satılacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hərrac 28-29 sentyabr tarixlərində "Christie's" hərrac evində keçiriləcək.

Qeyd edək ki, onun kitabxanasında Skott Fitzceraldın "Möhtəşəm Qetsbi" və Artur Konan Doylun "Baskervillərin iti" əsərlərinin avtoqraflı ilk nəşrləri və yüzlərlə nadir kitab var.

Təbilçinin caz xatirələrindən ibarət xatirə kolleksiyası da satışdadır.

# 656 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #