"Bulqakov" cizgi filminin çəkilişləri yekunlaşdı

"Bulqakov" cizgi filminin çəkilişləri yekunlaşdı
6 avqust 2024
# 10:10

Rus cizgi film rejissoru, "Emmi" mükafatçısı Stanislav Sokolov "Bulqakov" cizgi filminin çəkilişlərini yekunlaşdırıb.

Kulis.az xəbər verir ki, 2021-ci ildən başlayan proyekt artıq montaj prosesindədir.

Əvvəlcə 13 dəqiqə nəzərdə tutulan filmin metrajı, təqribən, 20 dəqiqə olacaq. Sokolov bundan əvvəl Ernst Teodor Amadey Hofmanın həyatı və əsərləri əsasında "Hofmaniada" cizgi filmini ekranlaşdırmışdı. "Bulqakov" filmi də "Hofmaniada" filmi kimi yazıçının əsərləri və həyatı əsasında hazırlanıb.

Belə ki, tamaşaçılar filmdə Bulqakovun personajları ilə yanaşı, Aleksey Tolstoy, Konstantin Stanislavski, Daniil Xarms, Korney Çukovski kimi incəsənət xadimlərini də görəcək.

# 326 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #