Bülbül Vokal Məktəbi ödənişsiz vokal dərslərinə tələbə qəbulu elan etdi

Bülbül Vokal Məktəbi ödənişsiz vokal dərslərinə tələbə qəbulu elan etdi
8 iyul 2024
# 12:14

Azərbaycan professional vokal sənətinin banisi Bülbülün miras qoyduğu Azərbaycan milli vokal ənənələrini daşıyan Bülbül Vokal Məktəbi yeni tədris ili üçün tələbə qəbulu elan edib.

Kulis.az xəbər verir ki, keçiriləcək müsabiqədə iştirak etmək üçün 1-20 iyul tarixlərində 10-35 yaş aralığında iştirakçıların CV və ifaları qəbul olunacaq. Birinci mərhələni keçən iştirakçıların dinləməsi 20-25 avqust tarixlərində baş tutacaq.

Qeyd edək ki, Əməkdar artist, Bülbül məktəbinin davamçısı Ramil Qasımovun yaratdığı Azərbaycanda ilk dəfə ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb artıq bir ildir fəaliyyət göstərir.

# 415 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #