Bülbül adına IX Beynəlxalq Müsabiqəsi öz işinə başlayır

Bülbül adına IX Beynəlxalq Müsabiqəsi öz işinə başlayır
3 iyun 2024
# 16:00

Bu gün Azərbaycanda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi öz işinə başlayır.

Kulis.az xəbər verir ki, 150-dən çox vokalçının qələbə uğrunda yarışacağı müsabiqədə 18-36 yaş arasında ifaçılar iştirak edir.

Mədəniyyət Nazirliyi və Bülbül Beynəlxalq Fondu tərəfindən keçirilən müsabiqənin iştirakçı coğrafiyası da genişdir. Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya və digər ölkələrdən olan vokalçılar bir həftə ərzində Bülbül adına müsabiqənin mükafatları uğrunda məharətlərini göstərəcəklər.

Müsabiqənin baş mükafatının məbləği 10 min ABŞ dolları, birinci yer üçün mükafat 7 min dollar, II və III yer üçün mükafatların məbləği isə müvafiq olaraq 5 və 3 min dollardır.

Müsabiqənin dinləmələri Bakıda, Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Qaliblərin mükafatlandırılması və onlarla birlikdə dəvətli vokalçıların da çıxış edəcəyi qala-konsert isə iyunun 9-da Bülbülün doğma şəhəri Şuşada olacaq.

Müsabiqənin münsiflər heyətinin sədri düynaşöhrətli tenor, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovdur.

# 596 dəfə oxunub

Müəllifin son yazıları

# # #