Kitab sərgisi

"Buker" mükafatının qısa siyahısı açıqlandı

"Buker" mükafatının qısa siyahısı açıqlandı
24 sentyabr 2025
# 11:55

“Buker” mükafatının münsiflər heyəti altı əsərin yer aldığı qısa siyahını açıqlayıb.

Kulis.az APA- ya istinadən xəbər verir ki, münsiflər heyətinin sədri Roddi Doyl siyahıya düşən romanların müəlliflərini öz üslublarına və yazı ustalıqlarına görə fərqləndirib.

Doyl, Ayobami Adebayo, Sara Cessika Parker, Kris Pauer və Kiley Reyddən ibarət münsiflər heyəti bu ilki siyahını 1 oktyabr 2024–30 sentyabr 2025 tarixləri arasında Böyük Britaniya və ya İrlandiyada nəşr edilmiş 153 əsər arasından seçib.

Qalib əsərin adı noyabrın 10 - da Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Qalib müəllifə 50 min funt sterlinq mükafat veriləcək.

Qeyd edək ki, “Buker”in qısa siyahısına altı əsər salınıb, siyahıya Kiran Desainin “The Loneliness of Sonia and Sunny”, David Szalayın Flesh, Ben Markovitsin “The Rest of Our Lives”, Susan Choinin “Flashlight”, Katie Kitamuranın “Audition və Andrew Millerin The Land in Winter” əsərləri daxildir.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər