“Buker” mükafatının qalibi məlum oldu

“Buker” mükafatının qalibi məlum oldu
18 oktyabr 2022
# 09:58

Kulis.az xəbər verir ki, “Buker” mükafatının 2022-ci ilki qalibi “Maali Almeydanın yeddi ayı” romanı ilə Şehan Karuntilaka oldu.

Şehan Karuntilaka 1975-ci ildə Şri-Lankada doğulub. O, “Çinli: Pradipe Metyu haqqında əfsanə” kitabıyla məşhurlaşıb. Mükafat alan əsər müəllifin ikinci romanıdır.

“Maali Almeydanın yeddi ayı” romanının mövzusu belədir: Maali Almeyda müharibə fotoqrafı, qumarbaz və gizli geydir. O, gözünü açıb, özünü səmavi bir viza ofisində, təxminən, əraf kimi bir yerdə görür. Onun parçalanmış cəsədi göldə batmaqdadır, bilinmir ki, onu kim öldürüb. Onu öldürə biləcəklərin siyahısı çox uzundur, ancaq Maali Almeydanın vaxtı azdır, onun sevdiyi qadın və kişiylə əlaqə saxlamaq, eləcə də Şri-Lankanı sarsıdacaq fotoların olduğu fləş karta yönləndirmək üçün yeddi ayı var.

# 1068 dəfə oxunub

Müəllifin son yazıları

# # #