Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir
12 mart 2024
# 11:00

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Kulis.az-ın məlumatına görə, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.

Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

# 649 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #