Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbədir.
Kulis.az xəbər verir ki, bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.
İnama görə, torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Qeyd edək ki, ilaxır çərşənbədə bağ-bostan əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi olan səməni qoyulur.