Aprelin 29-u Beynəlxalq Rəqs Günü kimi qeyd olunur.
Kulis.az xəbər verir ki, bu gün 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub.
Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu tarixlə əlaqəlidir.
Qeyd edək ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü hər il qeyd edilir.