Bu gün İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
Kulis.az xəbər verir ki, 16 ölkənin nümayəndəsi finala vəsiqə qazanmaq üçün yarışacaq: Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Ermənistan, Avstriya, Yunanıstan, Litva, Malta, Gürcüstan, Çexiya, Danimarka, İsrail, Lüksemburq, Serbiya və Finlandiya.
Müsabiqə yerli saatla 23:00-da başlayır.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.