Bu gün 68-ci "Avroviziya" mahnı müsabiqəsinin finalı olacaq

Bu gün 68-ci "Avroviziya" mahnı müsabiqəsinin finalı olacaq
11 may 2024
# 16:30

Bu gün İsveçin Malmö şəhərində 68-ci "Avroviziya" mahnı müsabiqəsinin finalı olacaq.

Kulis.az xəbər verir ki, 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparacaq.

Finala vəsiqə qazanan ölkələr İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburqdur.

Qeyd edək ki, ölkəmizi "Özünlə apar" mahnısı ilə təmsil edən Fahree və İlkin Dövlətöv finala vəsiqə qazana bilməyiblər.

# 592 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #