İngilis rəssam Benskinin çəkdiyi rəsm əsəri rekord qiymətə satılıb.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, “Sevgi zibildədir” adlı əsər Londonda keçirilən Müasir İncəsənət Hərracında satışa çıxarılıb və 18 milyon 582 funt sterlinqə satın alınıb.
Xatırladaq ki, hərracda ümumilikdə 44 əsər satışa çıxarılıb.