Bu aktrisaların filmlərə çəkilməsi qadağan edildi

Bu aktrisaların filmlərə çəkilməsi qadağan edildi
26 oktyabr 2023
# 12:54

İranda hicab taxmaqdan imtina edən aktrisaların filmlərə çəkilməsinə qadağa qoyulub.

Kulis.az xəbər verir ki, bu barədə "İran İnternational"ın yaydığı məlumatda qeyd olunub.

Nəzarət şöbəsinin müdiri Həbib İlbəyqinin sözlərinə görə, belə aktrisaların siyahısı hazırlanıb.

“Hicab taxmaqdan imtina etdiklərinə görə, bu aktrisalar kino karyeralarını davam etdirə bilməyəcəklər. Onların əvvəlki işlərinə xərclənən malliyyələri nəzərə alınaraq hələ də yayımlanacaq. Bununla belə, onlara qarşıdan gələn hər hansı filmdə çəkilmək qadağan olunacaq”.

Qeyd edək ki, filmlərdə çəkilməsi qadağan olunmuş aktrisalar arasında İranın məşhur sənətçiləri Baran Kosari, Vişka Asayeş, Panteha Bəhram və başqaları var.

# 981 dəfə oxunub

Müəllifin son yazıları

# # #