Bryullovun akvarel tablosu 7 milyon rubla hərracdan çıxdı

Bryullovun akvarel tablosu 7 milyon rubla hərracdan çıxdı
26 dekabr 2022
# 12:30

Karl Bryullovun 1883-cü ildə akvarellə çəkdiyi “Ən sakit şahzadə Anna İvanovna Lopuxinanın portreti” tablosu hərracda 7 milyon rubla satılıb.

Kulis.az xəbər verir ki, Kolleksiyaçılar Klubunun hərracı zamanı işin dəyəri üç dəfə artıb. Başlanğıcda 2,1 milyon rubl təklif olunan tablo sonda 7milyon rubla satılıb.

Qeyd edək ki, bu Bryullovun yüsək qiymətə satılan ilk işi deyil. 2009-cu ildə rəssamın "Covannina Paçini” portreti Christie's hərrac evində 257.000 avroya satılıb.


# 1088 dəfə oxunub

Müəllifin son yazıları

# # #