Amerikalı aktyor Brüs Uillis sonuncu filmi olan "Qatil" lə kino ilə vidalaşdı.
Kulis. az xarici mediaya istinadən xəbər verir ki, aktyor fronto-temporal demans xəstəliyinə görə karyerasını bitirdiyini açıqlayıb.
80-ci illərdə yayımlanan "Ay işığı" serialında "Devid Eddison" rolu ilə məşhurlaşan Uillis "Çətin ölüm" filmi ilə bütün dünyada tanınmışdır.
- Mənsum İbrahimov təltif olundu
- “Blade Runner 2099” filminin çəkilişləri yazıçıların tətili səbəbindən dayandırıldı
- “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” adlı konfrans keçirildi
Xatırladaq ki, sənətçiyə keçən il beyninin bəzi yerlərində meydana gələn disfunksiya nəticəsində yaranan danışıq, qavrayış və yazıb-oxuma bacarıqlarına təsir eləyən afaziya diaqnozu qoyulub..
Uzun müddətdir cəmiyyətdən uzaqlaşan aktyorun xəstəliyinin fronto-temporal demans olduğu dəqiqləşib.
Bütün bunlardan sonra "Qatil" ilə sonuncu dəfə pərəstişkarlarının qarşısına çıxan Uillis 42 illik karyerasına son nöqtəni qoyub.