Brüs Li filmlərinin bəstəkarı vəfat etdi

Brüs Li filmlərinin bəstəkarı vəfat etdi
5 yanvar 2023
# 13:00

Honq Konqlu bəstəkar Cozef Koo 92 yaşında Kanadada vəfat edib.

Kulis.az xəbər verir ki, Cozef Koo karyerası ərzində 1200-dən çox mahnı yazıb. O, həmçinin “Fist of Fury” və “Way of the Dragon” kimi Brüs Li filmləri üçün saundtreklər bəstələyib.

2015-ci ildə Koo dirijorluğu dayandırıb və musiqi fəaliyyətini azaldaraq rəsm çəkməyə başalayıb.

Onu yerli musiqi sahəsinin inkişafına böyük töhfə verən “Honq Konq xəzinəsi” də adlandırıblar.

# 976 dəfə oxunub

Müəllifin son yazıları

# # #