Britni Spirsdən yeni rekord

Britni Spirsdən yeni rekord
26 iyul 2023
# 16:00

Məşhur pop ulduzu Britni Spirsin musiqi platformasında yeni rekord qırıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Qremmi mükafatlı müğənninin "Toxic" mahnısının dinlənmə sayı "Spotify"də bir milyarda çatıb.

Bunun sayəsində ifaçı musiqi platformasının “Milyardlar Klubu”nun üzvlərindən biri olub.

Qeyd edək ki, "Spotify"də bir milyard yayıma çatan mahnılara ABBA-nın "Dancing Queen", Whitney Houston-un "I Wanna Dance With Somebody" və DJ Khaledin "Wild Thoughts" mahnıları daxildir.

# 661 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #