Britaniyalı aktrisa vəfat etdi

Britaniyalı aktrisa vəfat etdi
3 iyul 2023
# 13:20

Britaniyalı aktrisa Meq Conson 87 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb.

Serial ulduzu 42 il birlikdə yaşadığı aktyor və teleaparıcı əri Çarlz Fosterin ölümündən 4 ay sonra dünyasını dəyişib.

Ölümündən bir müddət əvvəl ona demans diaqnozu qoyulub.

O, 30 sentyabr 1936-cı ildə Mançesterdə anadan olub.

İlk dəfə 1961-ci ildə filmdə rol alıb. Bundan əlavə, o, televiziya seriallarının aktrisası kimi tanınıb.

"Emmerdeyl Farm", "Victoria Wood", "Travelers", "Lovejoy", "Royal Court" seriallarındakı rolları aktrisaya məşhurluq gətirib.

# 706 dəfə oxunub

Müəllifin son yazıları

# # #