Britaniyalı aktrisa kariyerasına fasilə verəcək

Britaniyalı aktrisa kariyerasına fasilə verəcək
12 iyul 2023
# 12:50

"Oppenheimer" filminin ulduzu Emili Blant kariyerasına fasilə verəcək.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məşhur aktrisa ailəsi ilə daha çox vaxt keçirmək üçün bir müddət işləməyəcəyini bildirib.

"Keçən il çox işlədim, bu il işləməyəcəm. Qızımın artıq 9 yaşı var, gələn il onun yaşı ikirəqəmli olacaq. Düşünürəm ki, birlikdə keçirəcəyimiz gözəl günlər var. Bu anları qaçırmamaq üçün ailəmlə birlikdə olmalıyam".

Qeyd edək ki, sənətçi "The Devil Wears Prada", "On the Edge of Tomorrow" və digər məşhur filmlərdə oynayıb.

# 679 dəfə oxunub

Müəllifin son yazıları

# # #