Britaniya Muzeyindən 2 min əsər oğurlanıb

Britaniya Muzeyindən 2 min əsər oğurlanıb
15 dekabr 2023
# 17:31

Londondakı Britaniya Muzeyindən oğurlanan əsərlərlə bağlı başladılan araşdırma tamamlanıb.

Kulis.az xəbər verir ki, muzey rəhbərliyinin verdiyi açıqlamaya görə, qədim Yunan və Roma kolleksiyalarından əksəriyyəti zinət əşyaları olmaqla 2 minə yaxın əsər oğurlanıb.

Açıqlamada indiyədək cəmi 351 obyektin geri qaytarıldığı bildirilib və bərpa prosesinin çətinliyi vurğulanıb.

Araşdırma zamanı əsərlərin eBay virtual hərrac saytında satıldığı da məlum olub. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

# 640 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #