Bred Pittin yeni filminin gözlənilməz uğuru

Bred Pittin yeni filminin gözlənilməz uğuru
30 iyun 2025
# 12:50

Bred Pittin baş rolu ifa etdiyi və iyunun 27-də kinoteatrlarda nümayişə başlayan “F1: The Movie” filmi dünya miqyasında gözlənilməz uğur qazanıb.


Kulis.az xəbər verir ki, film ABŞ-da 55,6 milyon dollar, dünya üzrə ümumilikdə 114 milyon dollardan artıq gəlir əldə edib.


Son dövrdə kinoteatr zallarına marağın azalması nəzərə alınsa, “F1: The Movie” filminin bu miqyasda kassa uğuru kino sektoru üçün böyük əhəmiyyət kəsb edir.


Qeyd edək ki, sözügedən film 250 milyon dollar büdcə ilə çəkilib.


# 152 dəfə oxunub

Müəllifin son yazıları

# # #