Bornovadakı mağara yenidən diqqət mərkəzində... - Homer izmirlidir?

Bornovadakı mağara yenidən diqqət mərkəzində... - Homer izmirlidir?
20 avqust 2026
# 11:30

Qədim yunan şairi Homerin məşhur "İliada" və "Odisseya" dastanlarını qələmə aldığı iddia edilən İzmirdəki mağara yenidən diqqət mərkəzinə düşüb.

Kulis.az xəbər verir ki, Bornova bölgəsində yerləşən və əsrlərdir yerli əhali tərəfindən şairin adı ilə anılan bu məkanın bərpa edilərək turizmə qazandırılması planlaşdırılır.

Tarixi mənbələr və bölgədə tapılan arxeoloji sikkələr Homerosun antik Smirna, yəni indiki İzmir torpaqları ilə sıx bağlı olduğunu təsdiqləyir.

Mütəxəssislər dastanlardakı yerli təsvirlərin və dil xüsusiyyətlərinin məhz bu coğrafiyaya aid olduğunu vurğulayırlar.

Məşhur şairin mirasına sahib çıxan yerli rəhbərlik isə bu tarixi irsi bəşəriyyətin ortaq dəyəri kimi qorumağı hədəfləyir.

# 71 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər