Boris Conson kitab nəşr etməyə hazırlaşır

Boris Conson

Boris Conson

17 yanvar 2023
# 12:30

Böyük Britaniyada fəaliyyət göstərən “HarperCollins” nəşriyyatı keçmiş baş nazir Boris Consonun liderlik illəri haqqında xatirə kitabı nəşr edəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, baş nazirlik dövrünü Brexit və Covid epidemiyası kimi böhranlarla keçirən Boris Conson rəhbərlik dövrü haqqında yazır. Keçmiş baş nazirlə razılaşdığı nəşriyyat tərəfindən tarixi və adı hələ açıqlanmayan kitabın baş nazirin xatirəsi olacağı bildirilib.

Conson kitab üçün nə qədər qonorar aldığı bilinmir, lakin Guardian-a görə, bu, "yüksək altı rəqəm, hətta yeddi rəqəmli müqavilə" ola bilər.

Conson baş nazir olmazdan əvvəl jurnalist idi və onun siyasətdən getdikdən sonra yenidən yazıçılığa dönəcəyi ilə bağlı fərziyyələr var idi. 1999-2005-ci illərdə The Spectator-un redaktoru və Telegraph-ın köşə yazarı olub. Əvvəlki kitablarına 2014-cü ildə nəşr olunan “Çörçill faktoru” və Uinston Çörçillin karyerasına və uğurlarına nəzər salan bestseller daxildir.

# 972 dəfə oxunub

Müəllifin son yazıları

# # #