Boris Akunin barəsində cinayət işi məhkəməyə göndərildi

Boris Akunin barəsində cinayət işi məhkəməyə göndərildi
30 may 2025
# 12:20

Rusiyalı tanınmış yazıçı Boris Akunin (Qriqori Çxartişvili-əsl adı red.) barəsində cinayət işi məhkəməyə göndərilib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, yazıçı Rusiya Federasiyasının konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinin zəruriliyini bəyan edib b və Ukraynanın terror fəaliyyətinə haqq qazandırıb.

"Qriqori Çxartişvili 2024-cü ildə məhkəmə tərəfindən iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozmaqda təqsirli bilinib. Buna baxmayaraq, o, Rusiya qanunvericiliyinə məhəl qoymayaraq, xarici agentlərə qoyulan məhdudiyyətləri pozmaqda davam edib", - İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki Okunin Rusiya Federasiyasında xarici agent kimi tanınıb, terrorçular və ekstremistlər siyahısına daxil edilib. APA

# 117 dəfə oxunub

Müəllifin son yazıları

# # #