Bodrumda “Yüzlər və Yüzsüzlər” sərgisi açıldı

Bodrumda “Yüzlər və Yüzsüzlər” sərgisi açıldı
29 avqust 2025
# 12:20

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda rəssam Ahmet Hıdırın “Yüzlər və Yüzsüzlər” adlı sərgisi maraqla qarşılanıb.

Kulis.az xəbər verir ki, akrilik boya ilə çəkilmiş, çoxunda insan fiqurlarının üzü olmayan 57 əsərdən ibarət sərgi “günümüzün ruhuna uyğun” mövzusu ilə diqqət çəkib.

Rəssam sərgini dövrün problemlərinə sənət vasitəsilə cavab olaraq hazırladığını bildirib.

Qeyd edək ki, sərgi 9 sentyabr 2025-ə qədər açıq qalacaq.

# 287 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər