"Black Adam" filminin treyleri yayımlandı - Video

"Black Adam" filminin treyleri yayımlandı - Video
9 iyun 2022
# 18:20

“Warner Bros” film studiyası DC komiksləri əsasında çəkdiyi "Qara Adam" elmi-fantastik filminin treylerini yayımlayıb.

Kulis.az xəbər verir ki, ekran əsərində baş rolu Hollivud aktyoru Dueyn Conson canlandırıb.

“Qara Adam heyrətamiz gücə malik bir obrazdır. Onun super sürəti var, uça bilir. Biz bunu film boyu kinosevərlərə hiss etdirmək istəyirik. Ancaq siz onun super sürətdən bircə dəfə də istifadə etdiyini görməyəcəksiniz. Adətən qabiliyyətlər bu kimi personajlarla işləyərkən arxa plana keçir, lakin bizim məqsədlərimizdən biri personajın xarakterini saxlamaqdır. Qara Adamın uçması üçün istifadə etdiyimiz texnologiya əvvəllər heç vaxt istifadə olunmayıb. Bu tamamilə unikal texnologiyadır. Personajı tamaşaçıya real hiss etdirmək bizim üçün çox vacibdir”, - deyə filmin prodüseri Hiram Qarsia bildirib.

# 1911 dəfə oxunub

Müəllifin son yazıları

# # #