“Bir yumruq, bir ürək, bir can” adlı xeyriyyə tədbiri keçiriləcək

“Bir yumruq, bir ürək, bir can” adlı xeyriyyə tədbiri keçiriləcək
10 fevral 2023
# 17:20

Martın 4-də, saat 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyi tərəfindən “Bir yumruq, bir ürək, bir can” adlı xeyriyyə tədbiri keçiriləcək.

Kulis.az xəbər verir ki, poeziya axşamında tanınmış şairlərin öz ifalarında şeirləri səsləndiriləcək.

Tədbirdə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkən insanlar üçün vəsait toplanılacaq. Əldə edilmiş vəsait yardım fondlarından birinə köçürüləcək.

"Bütün üzvlərimizi, qələm dostlarımızı, şeirsevər, xeyirsevər vətəndaşlarımızı tədbirdə iştirak etməyə dəvət edirik" deyə Azərbaycan Yazıçılar Birliyindən qeyd olunub.

# 1180 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #