Bir günahın düş oduna – Günün şeiri

Ələkbər Salahzadə, şair

Ələkbər Salahzadə, şair

1 sentyabr 2022
# 12:40

Bu gün Əməkdar incəsənət xadimi, şair Ələkbər Salahzadənin anım günüdür. Kulis.az onun məşhur “Gələcək” şeirini təqdim edir.

Nə bilirsən, dar günündə
o gələcək, bu gələcək?
Ağladıqca gözlərindən
göz yaşı yox, su gələcək.

Yalayacaq su üzünü.
o üzünü, bu üzünü.
Ağla, ağla yu üzünü,
ömrün boyu yu, gələcək

Bircə-bircə sal yadına
bir günahın düş oduna
Alışdıqca fəryadına
"qa" deməmiş qu gələcək.

Dolan çölü-biyabanı
axtar onu, ara bunu.
Gözlə, sınıq arabanı
aparmağa "TU" gələcək

# 1539 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #