Amerikalı müğənni Billi Ayliş “Hit Me Hard and Soft” turu çərçivəsində Mayamidə pərəstişkarları ilə görüşüb.
Kulis.az xəbər verir ki, konsert zamanı insanlara yaxınlaşan ifaçı hücuma məruz qalıb.
Pərəstişkarlardan biri müğənninin qolundan tutaraq özünə tərəf dartıb. Təhlükəsizlik əməkdaşları hadisəyə dərhal müdaxilə edib.
Müğənni qısa fasilədən sonra yenidən səhnəyə çıxıb.