Milli Kitabxanada görkəmli biblioqrafiyaşünas alim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılovun anadan olmasının 70 illik yubileyi münasibətilə “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kulis.az xəbər verir ki, sərgilərdə alimin biblioqrafiya, biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikasına dair dərslik və dərs vəsaitləri, monoqrafiyaları, elmi məcmuələrdə çıxan çoxsaylı tədqiqatları, “Ön söz”ünün müəllifi, rəyçi və redaktoru olduğu kitablar, tərtib etdiyi biblioqrafiyalar və s. Azərbaycan və xarici dillərdə resurslar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Nadir_Ismayilov/index.htm linkindən istifadə edə bilərlər.