Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əlaqələri Avropa məkanında daha da genişlənir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əlaqələri Avropa məkanında daha da genişlənir
16 dekabr 2022
# 17:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əlaqələri Avropa məkanında daha da genişlənir

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov ilə görüşüb.

Görüşdə Fondun prezidenti təşkilat ilə İsveçrə arasında əməkdaşlığın genişləndirilməsindən danışaraq, Azərbaycanın və bütövlükdə Türk Dünyasının çoxəsrlik zəngin irsinin beynəlxalq miqyasda, o cümlədən Avropada geniş təbliğinin önəmindən söz açılıb. Günay Əfəndiyeva, Avropada yaşayan azsaylı Türk köklü xalqların irsinin qorunması istiqamətində Fondun gördüyü işlərdən bəhs edib.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti səfir tərəfindən yüksək qiymətləndirilərək, Türk xalqlarının qədim dəyərlərinin yaşadılmasında təşkilat tərəfindən həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

# 1158 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #