Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qazaxıstan səfiri ilə görüş keçirildi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qazaxıstan səfiri ilə görüş keçirildi
20 iyul 2022
# 14:30

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Günay Əfəndiyeva rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan arasındakı intensiv tərəfdaşlıq münasibətlərinin mövcudluğundan söz açıb.

Günay Əfəndiyeva Fond ilə Qazaxıstanın birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb.

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Fondun Türk xalqlarının maddi-mədəni irsinin təbliği istiqamətindəki çoxyönlü fəaliyyətinin bütün Türk dünyası üçün önəm daşıdığını bildirib. Səfir Fond tərəfindən həyata keçiriləcək layihələr çərçivəsində Qazaxıstanla əlaqələrin daha da genişlənəcəyinə inandığını deyib.

Görüş tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə davam edib.

# 1254 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #