Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevin xatirəsini yad edir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevin xatirəsini yad edir
12 dekabr 2022
# 11:40

Azərbaycanın və bütün Türk Dünyasının dahi oğlu, beynəlxalq miqyasda böyük nüfuza malik siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın və bütövlükdə Türk Dünyasının tarixinə adını qızıl hərflərlə yazdıran bu qüdrətli şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiram hissi ilə yad edir.

Heydər Əliyevin əbədiləşmiş ömür yolu Azərbaycanın rifahı naminə mübarizədə göstərilmiş misilsiz fədakarlıqların, yürüdülmüş müdrik və uzaqgörən siyasətin, Vətənə qarşı sonsuz məhəbbət və sədaqətin təntənəsidir. Unudulmaz liderin çoxşaxəli fəaliyyəti ölkənin həyatın bütün sahələrində ciddi uğurlar qazanmasında mühüm rol oynamış, Azərbaycan xalqının mədəni-mənəvi yüksəlişinə, milli inkişafına, həmçinin Türk dövlətləri arasında əlaqələrin genişlənməsinə, həmrəyliyin möhkəmlənməsinə güclü təkan vermişdir.

# 870 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #