Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
26 yanvar 2026
# 15:48

Beynəlxalq Muğam Mərkəzi (BMM) gənc xanəndələrin yetişməsi və muğam sənətinin təbliği istiqamətində mütəmadi olaraq layihələr və konsertlər təşkil edir. Hər il gənclər gününə həsr edilən muğam konsertlərinin keçirilməsi də gənc ifaçıların yaradıcılıq imkanlarının stimullaşdırılmasına töhfədir.

Kulis.az xəbər verir ki, 2 fevral - Gənclər Gününə həsr olunan “Muğamat axşamı” konsertində “Muğam” televiziya müsabiqəsinin laureatları Ülkər Abdullayeva, Dəniz Abbasova, Ədilə Əliyeva, Nuray Hacızadə,Vəliş Mirzəyev, Vüqar Əbilov, Daşqın Kürçaylı və Rəis Niftəliyev çıxış edəcəklər. Xanəndələri Rüstəm Müslümov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Əməkdar artist Çinarə Mütəllimova (qanun), Rəfael Əsgərov (balaban) və Siyavuş Kərimov (nağara) müşayiət edəcək.

Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər