Beynəlxalq layihənin ilk iştirakçısı Azərbaycana gəldi

Beynəlxalq layihənin ilk iştirakçısı Azərbaycana gəldi
17 may 2022
# 11:00

"4 seasons of Shusha” beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı Hüseyn Taşkın Azərbaycana gəlib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, fotoqraf beynəlxalq layihədə Şuşanın yaz fəsillərinə aid şəkillər çəkəcək. O, 16-23 may tarixlərində ölkəmizdə olacaq.

Qeyd edək ki, layihə Şuşanın dünya miqyasında tanıdılması üçün çağırış məqsədilə həyata keçirilir. Məqsəd Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi Şuşanı dünyaya tanıtmaqdır.

# 1291 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #