"Betmen"in ilk komiksləri 1,8 milyon dollara satıldı

"Betmen"in ilk komiksləri 1,8 milyon dollara satıldı
9 aprel 2024
# 18:30

"DC" kainatının məşhur personajı Betmenin ilk dəfə göründüyü komiks rekord qiymətə satılıb.

Kulis.az xəbər verir ki, Qotemin məşhur qəhrəmanı Betmenin ilk komiks kitabı təxminən 85 il əvvəl satışa çıxarılıb.

“Detektiv komikslər” adlı kitab 1,8 milyon dollara satılıb.

Komiksləri alan şəxsin adı məlum olmasa da, onun iş adamı olduğu və komiks dünyasının “qızıl dövrü”nə aid əsərlərə xüsusi marağı olduğu məlumdur.

"Detective Comics #27" komiksini xüsusi edən, Qara Cəngavərin ilk dəfə komiksdə görünməsidir.

Komiksin cəmi 100 nüsxəsi var.

Komiks Cim Qordonun dostu Bryus Ueyni qətli araşdırmaq üçün çağırması ilə başlayır.

# 599 dəfə oxunub

Müəllifin son yazıları

# # #