Bəstəkar Oqtay Rəcəbov vəfat etdi

Bəstəkar Oqtay Rəcəbov vəfat etdi
15 dekabr 2022
# 16:56

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov bu gün 81 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, 1941-ci aprelin 5-də Bakıda anadan olan bəstəkar 4 opera, 3 musiqili komediya, 3 simfoniya, 2 oratoriya, 1 kantata və 500 mahnının müəllifidir. O.Rəcəbov 20-dək filmə musiqi bəstələyib. Onun pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyası, 70 dərsliyi, dərs vəsaiti və proqramı, 100-dən artıq məqaləsi var.

Bəstəkar Ü. Hacıbəyli adına Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professor idi.

# 1758 dəfə oxunub

Müəllifin son yazıları

# # #