Benksinin sirri faş oldu - Məşhur küçə rəssamı əslində kimdir?

Benksinin sirri faş oldu - Məşhur küçə rəssamı əslində kimdir?
23 mart 2026
# 13:00

Dünyanın ən sirli küçə rəssamı Benksinin anonimliyi ətrafındakı "sehr" "Reuters"in son araşdırmasından sonra ciddi müzakirələrə səbəb olub.

"Euronews" xəbər verir ki, iddialara görə, illərdir Robin Qunninqham kimi tanınan sənətçi, qanuni adını David Jones olaraq dəyişdirib və bu adla Ukraynadakı müharibə bölgələrinə səfər edərək məşhur əsərlərini yaradıb.

Sənət dünyası bu ifşanın əsərlərin maliyyə dəyərinə təsir edib-etməyəcəyini müzakirə etsə də, kolleksiyaçılar rəssamın kimliyinin onun mesajından daha önəmli olmadığını vurğulayırlar.

Bəzi mütəxəssislər isə bu "ifşa" dalğasının Benskinin özü tərəfindən edilən ironik bir gediş ola biləcəyini ehtimal edirlər.

Nəticə etibarilə, rəssamın maskası düşsə də, onun avtoritarlığa və ədalətsizliyə qarşı sənətinin təsiri öz gücünü qorumağa davam edir.

# 65 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər