Benksinin məşhur əsəri mühafizə altına alındı

Benksinin məşhur əsəri  mühafizə altına alındı
26 iyul 2025
# 10:10

Benksinin Venesiyadakı məşhur "Miqrant uşaq" əsəri bərpa olunaraq mühafizə altına alınıb.

Kulis.az xəbər verir ki, 2019-cu ildə meydana çıxan və illərlə baxımsız qalan əsərin təxminən üçdə biri zədələnib.

İtalyan bankı "Banka İfis" binanı alaraq divar rəsmi daxil olmaqla bərpa işlərinə başlayıb.

Bərpa prosesi Benksiyə yaxın şəxslərlə məsləhətləşmələr aparılaraq həyata keçirilir.

Qeyd edək ki, əsərin gələcəkdə ictimai sərgilərdə təqdim olunacağı bildirilir. Bərpanın nə zaman tamamlanacağı isə hələlik məlum deyil.


# 117 dəfə oxunub

Müəllifin son yazıları

# # #