Kiyev regional hakimiyyət orqanları britaniyalı küçə rəssamı Benksinin dörd əsərini qoruyucu şüşə ilə örtüb.
Kulis.az bu ötən ilin dekabrında oğurluq cəhdindən sonra gələcək talanların qarşısını almaq üçün mühafizə məqsədilə həyata keçirilib.
"Biz hesab edirik ki, bu, yeni aşkar edilmiş mədəni və tarixi irsdir. Benksinin hər bir işi orijinal formasında olduğu kimi qalmalıdır ", -deyə Kiyev regional hərbi administrasiyasının rəis müavini Oleh Torkunov bildirib.
Qeyd edək ki, bütün sənət əsərləri indiki yerlərində qalacaq. Yerli hakimiyyət orqanları onların ətrafındakı binalar üçün yenidənqurma işlərini planlaşdırıb.