Baş qəhrəman bu filmdə cəmi 380 söz işlədib

Baş qəhrəman bu filmdə cəmi 380 söz işlədib
31 mart 2023
# 14:30

Məşhur "Con Uik" filminin dördüncü hissəsinin izlənmə rekordu qırması ilə aktyor Keanu Çarlz Rivs yenidən dünya ictimaiyyətinin və mediasının diqqət mərkəzinə gəlib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, indiyə qədər haqqında bir çox maraqlı faktların ortaya çıxdığı filmlə bağlı daha bir fakt məlum olub.

“The Wall Street Journal”ın məlumatına görə, 169 dəqiqə davam edən filmdə baş qəhrəman Con Uik cəmi 380 söz danışıb. Bu sözlərin də az qala üçdə biri “bəli” ifadəsi olub.

Qeyd edək ki, film yayımlandığı ilk həftənin sonunda dünya miqyasında kassada 137,5 milyon dollar qazanaraq françayzinq rekordu vurub.

Con Uik 4” Filminin Premyera Tarixi Açıqlandı!

# 1687 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #