"Barbi" Oskara təqdim olundu

"Barbi"  Oskara təqdim olundu
14 sentyabr 2023
# 11:56

Qreta Qerviqin bir milyard dollardan çox gəlir gətirən "Barbi" filmi Oskarda yarışmaq üçün akademiyaya təqdim olunub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, film qəbul edilsə, "Ən yaxşı orijinal ssenari" nominasiyasında yarışacaq.

Qeyd edək ki, Qerviq bundan əvvəl “Lady Bird” filminə görə “Ən yaxşı rejissor” və “Ən yaxşı orijinal ssenari” nominasiyalarına namizəd olub.

# 822 dəfə oxunub

Müəllifin son yazıları

# # #