“Balabilgə” dərgisinin 2-ci sayı nəşr olunub - Anons

“Balabilgə” dərgisinin 2-ci sayı nəşr olunub - Anons
27 may 2024
# 13:00

“Balabilgə”nin 2-ci sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, dərgi “Alimləri tanıyaq” rubrikası altında yayımlanan “Beyni oğurlanan dahi” yazısı ilə başlayır. Materialın müəllifi Rəna Abbasovadır.

Cavad Nur “Bir gün bir filmə baxdım...” rubrikası altında “İnsanlıq dərsi keçən robot” haqqında yazır.

Vəfa Alışzadə “Gəl STEAM oynayaq”rubrikasında “Sonsuz dünya, sonsuz oyun” yazısı ilə “Minecraft”dan söz açır.

Oxucular “Qəribə canlılar” rubrikasında Günel Rəcəb və Ləman Abdullayevanın qələmində Dambo səkkizayaqlısı, qoblin köpəkbalığı və yapon hörümçək xərçəngi ilə tanış ola biləcəklər.

Bundan başqa, Söner Öztürkün tədimatında “Vizual və morze kodlaşdırması ilə tanış olmaq mümkündür.

Rəna Abbasova “Tarixi elmi ixtiralar” rubrikasında “İlk avtomobilin tarixçəsi”ni təqdim edir.

“İqlim sənin əlindədir” rubrikasında Katerina Terletska və Dmitri Kuzmenkonun müəllifliyi ilə “İstixana effekti”ndən danışılır.

Oxucular bu yazı vasitəsilə maraqlı təcrübə keçirə bilərlər.

Vəfa Alışzadə “Müasir elmi ixtiralar” rubrikasında “Sürət qatarlarının tarixi”nə səyahət edir.

Günel Rəcəb “Kitabını göstər” rubrikasında “Balaca Bilgənin həkimlik macərası” barədə məlumat verir.

Nizami Hüseynov “Krossvord” rubrikasında oxucuları sınağa çəkir. Bundan başqa, o, balabilgələrə interaktiv SOS oyununu təqdim edir.

Qeyd edək ki, 8 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulan dərgi Hədəf STEAM Liseyinin Elmi-Metodiki Şurasının tövsiyəsi ilə dərc olunur

Jurnalın qiyməti 2 AZN-dir.

# 423 dəfə oxunub

Müəllifin son yazıları

# # #