“Bakustic Jazz” qrupu İstanbulda çıxış edəcək

“Bakustic Jazz” qrupu İstanbulda çıxış edəcək
30 mart 2024
# 16:00

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii rəhbəri Xalq artisti, bəstəkar və pianoçu Salman Qəmbərovun “Bakustic Jazz” qrupu aprelin 5-də İstanbul şəhərində Camal Rəşid Rey konsert salonunda çıxış edəcək.

Kulis.az xəbər verir ki, Salman Qəmbərovla birlikdə teatrın solisti İlhamə Qasımova da səhnəyə çıxacaq. Həmin gün Türkiyənin cazının tanınmış simalarından Şenova Ülker (trompet) və Cenk Ərdoğan (pərdəsiz gitara və yaylı tambur) musiqiçilərimizlə birgə eyni səhnəni bölüşəcəklər.

Qeyd edək ki, “Bakustic Jazz” qrupunda Salman Qəmbərov (piano), İlhamə Qasımova (vokal), Fuad Cəfər (bas-gitara) və İsgəndər Ələsgərov (zərb alətləri) təmsil olunur.

# 606 dəfə oxunub

Müəllifin son yazıları

# # #