Bakıda yaradıcı sənaye üzrə festival təşkil ediləcək

Bakıda yaradıcı sənaye üzrə festival təşkil ediləcək
2 avqust 2022
# 18:30

Avqustun 6-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) Bakıda “CultRural Festival 2022” adlı festival təşkil edəcək.

Kulis.az xəbər verir ki, festivalda Bolqarıstan və Azərbaycan yaradıcı biznes nümayəndələri ilə, həmçinin onların sənətkarlıq, dizayn və moda, təsviri və ifaçılıq sənəti sahələrindəki məhsulları ilə tanış olmaq imkanı olacaq.

Qeyd edək ki, tədbiri keçirtməkdə əsas məqsəd kiçik sahibkarlara dəstək olmaqdır. Tədbir çərçivəsində B2B formatında görüşlər də təşkil ediləcək.

# 1346 dəfə oxunub

Müəllifin son yazıları

# # #