Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək

Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək
18 mart 2025
# 09:30

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işinə başlayacaq.

Kulis.az xəbər verir ki, forumda "Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri", "Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər" adlı panel müzakirələri keçiriləcək.

Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq, təkliflər dinlənəcək.

Qeyd edək ki, bu gün türkman təşkilatları ilaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaqlar.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

# # #